Dünya
04.01.2019 / 10:25

Ukrayna gəmiləri beynəlxalq müşahidəçiləri özü ilə götürəcək

Ukrayna gəmiləri beynəlxalq müşahidəçiləri özü ilə götürəcəkUkrayna gəmilərinin Kerç boğazından keçərkən beynəlxalq müşahidəçiləri də özü ilə götürəcəyini açıqlayıb.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri və Müdafiə nazirinin köməkçisi Yuri Biryukov bildirib.

“Hər şey olduqca sadədir. Beynəlxalq razılaşmalara görə. Ukrayna döyüş gəmilərinin Qara dənizdən Azova və əksinə keçmək hüququ var, bu qədər. Rusiya bunu xoşlasın, ya yox, Ukrayna gəmiləri növbəti dəfə beynəlxalq müşahidəçiləri də özü ilə götürəcək”, - deyə o bildirib.




İnform.az

Baxış sayı: 250