Hərbi
04.01.2019 / 10:10

1 ədəd 130 mm-lik top mərmisi (OF-482) aşkar olunub- Göygöldə

1 ədəd 130 mm-lik top mərmisi  (OF-482) aşkar olunub-2019-cu il 03 Yanvar tarixində saat 16:13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 16:25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Göygöl rayonu, Dozular kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Göygöl rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsin baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 130 mm-lik top mərmisi (OF-482) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 03 yanvar 2019-cu il tarixlərində Göygöl rayonu ərazisində 1 əkin baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib, 100 kv.m ərazi yerüstü yoxlanılıb.



İnform.az

Baxış sayı: 251