Baş xəbər, Hüquq
03.01.2019 / 16:00

Ədliyyə naziri vətəndaşları qəbul edəcək- Ağdaşda

Ədliyyə naziri vətəndaşları qəbul edəcək-Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən yanvarın 7-də Ağdaş rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Ağdaş rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Ağdaş Rayon İcra Hakimiyyətinin yaxınlığı) keçiriləcək qəbulda Ağdaş, Yevlax və Ucar rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 220-10-12), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağdaş rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.



İnform.az



Baxış sayı: 108