Baş xəbər, Elm-təhsil
03.01.2019 / 17:00

LDU ilə Amasiya Universiteti arasında Memorandum imzalanıb/ FOTO

LDU  ilə Amasiya Universiteti arasında  Memorandum imzalanıb/
Lənkəran Dövlət Universiteti (LDU) ilə Türkiyə Cümhuriyyətinin daha bir universiteti arasında akademik əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

LDU-nun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Amasya Universiteti ilə imzalanmış Anlaşma Memorandumu təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır və tədris, tədqiqat, tələbə, müəllim , təlim proqramları mübadiləsi,birgə elmi seminarların və tədbirlərin keçirilməsinə xidmət edir.

Beş il müddətinə imzalanan memorandumu Lənkəran Dövlət Universiteti tərəfindən rektor vəzifəsini icra edən professor Natiq İbrahimov, Amasiya Universiteti tərəfindən rektor, professor Mətin Orbay imzalayıb.

Xatırladaq ki, Lənkəran Dövlət Universiteti Türkiyə Cümhuriyyətinin 20-dən artıq universiteti ilə əməkdaşlıq edir.

LDU  ilə Amasiya Universiteti arasında  Memorandum imzalanıb/



İnform.az

Baxış sayı: 166