Sosial
03.01.2019 / 13:15

Nazirlikdən XƏBƏRDARLIQ!

Nazirlikdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti iki gündə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.



İnform.az

Baxış sayı: 104