Mədəniyyət
31.07.2015 / 11:11

Moşu Sedadan danışdı

Moşu Sedadan danışdı

Xalq artisti Valeh Kərimov "Bəxt üzüyü" filmində tərəf-müqabili olan aktrisa Firəngiz Rəhimbəyli ilə bağlı fikirlərini bölüşüb:
Kərimov deyib: "Firəngiz xanım hər cəhəti ilə özünəməxsus xanım idi. İstər aktrisa, istərsə də müğənni kimi olduqca istedadlı idi. Çox gözəl, həlim səsi var idi. Film çəkilişləri zamanı hər kəslə isti münasibət qururdu. Bizim Seda təkcə tərəf-müqabili kimi deyil, bir dost, yoldaş kimi də dəyərli insan idi.

"Bəxt üzüyü" filmində də çox uğurlu bir iş ortaya qoydu. Sonralar Amerika köçüb getdi. İndi də orada yaşayır. Bir-iki dəfə Azərbaycana gəlib, onda görüşmüşük. Təəssüf ki, uzun müddətdir o dostumuzla görüşmək fürsətimiz olmayıb. Bizim birlikdə çox xatirələrimiz olub, amma o filmin çəkilişlərinin üstündən 25 il ötüb. Doğrusu, indi xatırlaya bilmirəm..."

Qeyd edək ki, 1991-ci ildə lentə alınan "Bəxt üzüyü" filmində Valeh Kərimov Moşu, Firəngiz Rəhimbəyli isə Sevda rolunu canlandırıb

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 340