Dünya, Hərbi
03.01.2019 / 12:30

“Orduda alt paltarlarının keyfiyyətini artırmaq dəyişiklik demək deyil..."- Vova Vartanov

“Orduda alt paltarlarının keyfiyyətini artırmaq dəyişiklik demək deyil..."-
“Silahlı qüvvələrə məncə, heç bir təsir göstərilməyib, mən görmürəm. Bizim təşkilatdan başqa orduya fayda verən görmürəm, biz orduya kadrlar hazırlayırıq, indi orduda xidmət edən iki oğlum var. Orduda alt paltarlarının keyfiyyətini artırmaq dəyişiklik demək deyil”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanda “Sağ qalma sənəti” hərbi vətənpərvərlik ictimai təşkilatının sədri, hərbi ekspert Vova Vartanov ötən ilin ən başlıca hadisəsi olan inqilabın orduya necə təsir göstərdiyi ilə bağlı suala cavab verərəkən bildirib.

“Təyyarələr alınacaq deyə açıqlama verilərkən başqa dəyişikliklər qeyd edilib. 2012-ci ildən danışıqlar gedirdi, 2014-cü ildə sanki təsdiqlənmişdi, amma sonra bu danışıqlar donduruldu. Bu tipli təyyarələrin alınması bizim strategiyanın, həm də hərbi doktrinanın müəyyən qədər dəyişilməsi demək olardı. Lakin hələ ki, bu hərbi doktrinanın dəyişilməsinə işarə edən təyyarələr və müvafiq hazırlıqlar yoxdur. Belə ki, mən ciddi dəyişikliklər görümürəm. Digər tərəfdən, hər iki tərəfdən düşmənlərlə mühasirəyə alındığımız bir vaxtda güc strukturlarında ciddi streslərin baş verməsi təhlükəli olan hadisələrə - dağılmağa, yaxud əsaslandırılmamış risklərə gətirib çıxara bilər.

Mən qeyri-adi heç bir şeyi əks etdirməyən, heç bir ciddi şey olmayan yayımlanmış baxışları oxumuşam. Düşmənin də izləyə biləcəyi müəyyən sirri və ya informasiyanı cəmiyyətə açıqlamaq olmaz, bu anlaşılandır. Lakin hərbi doktrinanın dəyişilməsinə səbəb ola biləcək baxışları, bu yayılan açıqlamalarda görmədim. Daim müdafiə olunmaq təhlükəlidir, amma kağız üzərində qalan yaxşı sözlər idi”, - deyə Vartanov qeyd edib.



İnform.az

Baxış sayı: 348