Dünya
03.01.2019 / 11:55

Ağ Evdə keçirilən vacib toplantı nəticəsiz bitdi

Ağ Evdə keçirilən vacib toplantı nəticəsiz bitdiABŞ federal hökumətinin fəaliyyətinin dayandırılmasına səbəb olan Meksika ilə sərhəddə divar hörülməsinə əlavə maliyyənin ayrılması mövzusunda Ağ Evdə prezidentlə Konqresdə Demokrat və Respublikaçı liderlərinin toplantısı nəticəsiz başa çatıb.

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp problemin həlli məqsədilə Demokrat və Respublikaçıların Konqresdəki liderlərini Ağ Evə dəvət etmişdi.

Görüşdən sonra açıqlama verən Nümayəndələr Məclisinin Respublikaçı lideri Kevin Makkarti deyib ki, prezident Tramp Konqres üzvlərini cümə günü yenidən Ağ Evə dəvət edib.

Konqresmen əlavə edib ki, prezident Tramp yaranan böhranın həll edilməsini istəyir: “Mən ümid edirəm ki, ABŞ-Meksika sərhədində divar hörülməsi üçün büdcədən maliyyə ayrılması tələbinə cümə günü keçiriləcək görüşdə Demokratlar etiraz etməyəcək. Güman edirəm ki, cümə günü bu məsələyə nöqtə qoyulacaq”.



İnform.az

Baxış sayı: 260