Diaspora Akademiyası
31.12.2018 / 10:05

İnform.az TƏBRİK EDİR

İnform.az

Dəyərli İnform.az sevərlər və dünyada yaşayan SOYDAŞLARIMIZ!

Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirik.

Qoy yeni ildə 2018-ci ildə qazandığınız uğurların sayı daha da artsın.

Keçən il həyatınızda yaşadığınız hər hansı problem 2019-cu ilin qapısından içəri girməsin.

Sağlamlıq, bol-bol sevinc, sevdiklərinizlə rahat ömür həyatınızın əbədi sakini olsun.

Harda yaşamağımızdan asılı olmayaraq, azərbaycanlı adını şərəflə qoruyub, milli birliyimizi daha da möhkəmləndirək.

Sahib olduğumuz üçrəngli Azərbaycan bayrağı dünyanın bütün ölkələrində keçirilən tədbirlərdə hər zaman yüksəklərdə dalğalansın.

2019-cu il Vətənimiz üçün QƏLƏBƏ ili olsun və QƏLƏBƏ müjdəli xəbərləri İnform.az-da sizlərə çatdırmaq nəsibimiz olsun.



İnform.az


Baxış sayı: 64