Diaspora Akademiyası
31.12.2018 / 11:30

Seymur Nəsirov Misirin dövlət televiziyasına müsahibə verib- VİDEO

Seymur Nəsirov Misirin dövlət televiziyasına müsahibə verib-“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalının"Mənim gecəm" proqramının qonağı olub.

S. Nəsirov əsrlər boyu Azərbaycana qarşı düşmənçiliyin nəticəsi olaraq, bu gün 50 milyondan çox olan azərbaycanlıların sadəcə 10 milyonu müstəqil Azərbaycan dövlətinin ərazisində yaşadığını qeyd edib. O, Gülüstan və Türmənçay müqavilələri ilə Azərbaycanın iki yerə bölündüyünü diqqətə çatdırıb.

Sonra Ulu Öndərin Azərbaycançılıq siyasətindən və bütün dünya Azərbaycanlılarının həmrəy olunması üçün apardığı nümünəvi siyasətindən söhbət açmışdır. O, hər il 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd etdiklərini bildirib.

Misirdə Azərbaycan diasporunun fəaliyyətindən söhbət açaraq bildirib ki, Misirdə Azərbaycan diasporu uzun illərdir ki, Misirlə Azərbaycan arasında əlaqələrin inkişafında çoxlu uğurlara imza atıb.

O, eyni zamanda Misir xalqına uzun illərdən bəri könüllü şəkildə sosial xidmətlər etdiyini də qeyd edib.

2018- ci ildə Azərbaycan diasporunun 600 dən çox misirli tələbəyə Azərbaycan dilini tədris etdiyini və hal-hazırda Qahirədəki diaspora mərkəzində aralarında misirlililər də olmaqla dünyanın 17 ölkəsindən olan 180-dən çox tələbəyə müxtəlif fənnlərin ödənişsiz tədris olunduğunu vurğulayıb.

Diaspora sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, Azərbaycanda çoxlu sayda ərəb mənşəli kəndlərin olması hətta Misir adında azərbaycanlıların olmasından da bəhs edib və bu məlumat qarşı tərəfin marağına səbəb olub.

Bu gün Misirlə Azərbaycan arasında siyasiəlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən S.Nəsirov hazırda dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb.

Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını da qeyd edib.

S. Nəsirov Azərbaycanın turizm potensiyalından geniş söhbət açarkən, son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini bildirib.

Birliyin sədri tədqiqatçı - alim Seymur Nəsirov bu fəaliyyətlərə 16 il öncə başladığını və bundan sonra da davam etdirəcəyini qeyd edib.

O, bu kimi fəaliyyətlərlə xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etdirəcəyini bildirib.

Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub. Verliş 45 qəqiqədən çox davam edib.





İnform.az

Baxış sayı: 228