Sosial
29.12.2018 / 13:00

Bu il özünüməşğulluq proqramı çərçivəsində 4100-dən çox təsərrüfat yaradılıb/ FOTO

Bu il özünüməşğulluq proqramı çərçivəsində 4100-dən çox təsərrüfat yaradılıb/Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən illə müqayisədə 6,5 dəfə çox olmaqla, 7800-dək ailə cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, onlardan bu günədək 4100-dən çoxuna mal və materiallar təqdim olunub.Həmin ailələrin biznes planlarına uyğun şəkildə müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfatlarının yaradılması təmin edilib.

Bu da onların öz zəhmətləri hesabına gəlirlərini artırmalarına və dövlət yardımından asılılığının aradan qalxmasına,sahibkarlığa çıxış imkanı əldə etmələrinə şərait yaradıb.

Özünüməşğulluq proqramında xüsusilə həssas qrupların fəal iştirakına diqqət yönəldilib. Belə ki, proqrama cəlb edilənlərin 1000 nəfərdən çoxunu əlilliyi olan şəxslər, 1000 nəfərə qədərini sosial yardım alan ailələrin üzvləri, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 160 nəfərini şəhid ailəsi üzvləri, 1300 nəfərə qədərini məcburi köçkünlər, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və b. təşkil edir.

Bu il özünüməşğulluq proqramı çərçivəsində 4100-dən çox təsərrüfat yaradılıb/

İnform.az

Baxış sayı: 171