Baş xəbər, Hərbi
29.12.2018 / 12:30

“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir keçirilib/ FOTO

“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir keçirilib/
Dövlət Sərhəd Xidməti ictimaiyyət nümayəndələrinin və gənclərin Vətənə məhəbbət, оnun sərhədlərinə hörmət ruhundа tərbiyə olunması, sərhədçi pеşəsinə mаrаğın daha da аrtırılması məqsədi ilə müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir.

Keçirilən tədbirlər sırasında sərhədyanı rayonların sakinləri və məktəblilər ilə “Sərhədi xalq qoruyur” mövzusunda təşkil olunan çoxsaylı görüşlər xüsusi yer tutur.

Bu görüşlərdə sərhəd mühafizəsinin yaranması və inkişafı haqqında geniş məlumatlar verilir, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılır, gənclərimizə sərhədlərimizin mühafizəsi işinin təşkili, sərhədçi pеşəsinin xüsusiyyətləri ətraflı izah edilir.

DSX-nin Mətbuat mərkəzindən İnform.az-a verilən məlumata görə, “Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir dekabr ayının 28-də Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə altına götürülmüş Azərbaycan-Ermənistan dövlət sərhədlərinin Qazax rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Quşçu-Ayrım, Məzəm, Cəfərli və Xanlıqlar yaşayış məntəqələrinin orta məktəblərində keçirilmişdir.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından və qazanılmış uğurlardan danışıblar.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə¬lərin Ali Baş Komandanı cənab İlham Əliyevin qərarına əsasən Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nin Sərhəd Qoşunlarına həvalə olunmasının şərəf və qürur olmaqla yanaşı eyni zamanda Ali Baş Komandanın Azərbaycan sərhədçisinə olan etimad və etibarının ifadəsi kimi dəyərləndiriblər.

Ölkəmizin sərhədlərinin mühafizəsində ictimaiyyətin də yaxından iştirak etməsi razılıq hissi ilə qeyd edilmiş, bunun da xalq və dövlətin vəhdətindən irəli gəldiyi xüsusi vurğulanıb.

Qazax rayon ictimaiyyətinin nümayəndələri sərhədçiləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmiş, yerli əhalinin dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından köməklik göstərməsinin böyük əhəmiyyət daşıdığını və yüksək qiymətə layiq olduğunu bildiriblər.

Tədbirlərin sonunda Dövlət Sərhəd Xidməti adından Qazax rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən məktəblərə müasir kompyuter, noutbuk və video-proyektor dəstləri hədiyyə olunub.

“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir keçirilib/


“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir keçirilib/


“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir keçirilib/


“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir keçirilib/


“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir keçirilib/


“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir keçirilib/


“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir keçirilib/




İnform.az

Baxış sayı: 170