Sosial
29.12.2018 / 11:40

Azərbaycanda ən çox qar hara yağıb?

Azərbaycanda ən çox qar hara yağıb?Ölkəmizdə son günlər ən çox qar yağan rayonların adları açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, dekabrın 28-dən 29-na keçən gecə ölkə ərazisində müşahidə olunan yağıntılı və nisbətən soyuq hava şəraiti nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib.

Qar ortüyü mənzərəsini seyr etmək istəyənlər üçün bildiririk ki, dekabrın 29-u səhər saatlarına olan müşahidələrə görə bu gün Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında 9-14 sm, Şamaxı, Mərəzə, Altıağac rayonlarında 2-10 sm, Quba, Qusar, Xaltan, Qırız rayonlarında 6-9 sm, Şahdağ və Xınalıqda 12 sm, Şəki, Sarıbaşda 28-30 sm qar örtüyü əmələ gəlib.

Bu rayonlarda hava təmiz və şaxtalıdır.



İnform.az

Baxış sayı: 101