Hərbi
29.12.2018 / 11:00

Hərbi hissələrdə "Açıq qapı" günü keçiriləcək

Hərbi hissələrdə "Açıq qapı" günü keçiriləcəkMüdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilir.

İnform.az MN-nin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.


İnform.az

Baxış sayı: 161