Diaspora Akademiyası, Siyasət
29.12.2018 / 10:05

Diaspor rəhbərinin DÜNYA AZƏRBAYCANLILARINA TƏBRİKİ

Diaspor rəhbərinin DÜNYA AZƏRBAYCANLILARINA"Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri və Qahirə Universitetinin Azərbaycan dili müəllimi tədqiqatçı Seymur Nəsirov dünyada yaşayan soydaşlarımıza təbrik ünvanlayıb.

İnform.az həmin təbriki təqdim edir:

Salam əziz AZƏRBAYCANLILAR!


Sizi qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə öz adımdan və Misirdə yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirəm.

Qarşıdan gələn 2019-cü ilin xalqımız üçün uğurlu olmasını diləyirəm.

Sizi təbrikdən istifadə edərək, Misirdəki fəaliyyətimiz haqqında sizlərə qısa bilgi vermək istəyirəm.

2018-ci il Misirdə Azərbaycan diasporu üçün çox uğurlu keçib.

Diasporamız il ərzində Misirin ən mötəbər universitetlərində və dispora mərkəzimizdə 600 dan çox misirli tələbəyə, Azərbaycan dilini tədris edərək və onun həqiqlətlərini təbliğ etməyə çalışıb.

Saatlarla Misir televizyasında Aərbaycanı tanıtdırmaq məqsədilə verlişlər təşkil edilib.

Bu verlişlərdə vətənimizin tarixi, mədəniyyəti, incəsənəti, milli mətbəxi və geyimi misir xalqına tanıdılıb.

Diaspora mərkəzimizdə vətənimizlə bağlı bütün əlamətdar günlərdə tədbirlər keçirilib.

Eyni zamanda Misir mediasında çoxlu sayda məqalələr dərc edilib.

Mən Seymur Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparıram bu tədqiqatlardan ərsəyə gələn 250 dən çox əslən Azərbaycanlı olan alim və ədiblər haqqında iki kitab və çoxlu sayda məqalələrin müəllifiyəm.

On altı ildən çoxdur ki, Misirdə təhsil alan 50 ölkədən olan 1100 dən çox xarici tələbəyə rəhbərlik edərək Ulu Öndərin Azərbaycançılıq məfkürəsini, sadəcə Misirdə deyil, bütün dünyada layiqincə təbliğ etməyə çalışıram.

Əziz azərbaycanlılar bir daha bayramınız mübarək olsun!

Qoy birliyimiz elə möhkəmlənsin ki, bizi sevməyən qüvvələrin bizi ayırmağa gücləri yetməsin.

Yeni ilin mübarək AZƏRBAYCAN XALQI!



İnform.az

Baxış sayı: 80