Elm-təhsil
29.12.2018 / 10:10

"Gənclər ətraf mühitin mühafizəsində” adlı təlim keçirləcək- Gəncədə

"Gənclər ətraf mühitin mühafizəsində” adlı təlim keçirləcək-Gəncədə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihə həyata keçiriləcək.

Layihənin rəhbəri Cəfər Cəfərov İnform.az-a bildirib ki, layihənin keçirilməsində məqsəd Gəncə şəhərində gənclərin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, gənclərin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, bu sahədə şüur və təfəkkürü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda onların ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti peşəkar ekspertlərin iştirakı ilə formalaşdırmaqdır.

Eyni zamanda təlimlər zamanı plastik qabların təkrar emalı, sudan səmərəli istifadə mövzuları üzrə ekoloji maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub.

Cari layihə çərçivəsində "Gənclər ətraf mühitin mühafizəsində” adlı təlim təşkil olunacaq və iştirakçılarla birlikdə gənc ekoloqlar klubu yaradılacaqdır. Layihənin sonunda iştirakçılarla birgə ağac əkmə aksiyası nəzərdə tutulub.

Qeyd edək ki, layihə çərçivəsində ilk tədbir layihənin ictimaiyyətə açıq olunması məqsədilə 03 yanvar 2019-cu ildə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinin iclas zalında keçiriləcək.

Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcək.


İnform.az

Baxış sayı: 151