Baş xəbər, Sosial
28.12.2018 / 19:00

İmişli rayonunda 54 mənzilli yaşayış evi şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib/ FOTO

İmişli rayonunda 54 mənzilli yaşayış evi şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib/Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli rayonunda inşa etdirilmiş 6 mərtəbəli 54 mənzilli yaşayış evi şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, yeni yaşayış binasında mənzillərin sənədlərinin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə mühüm tarixi nailiyyətlər qazandıran uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halının yüksəldilməsi prinsipi dayanır.

Bunun nəticəsi olaraq, respublikamızda bütün sahələrdə özünü göstərən sürətli inkişaf prosesləri, əldə olunan uğurlar eyni zamanda, dövlətimizin sosial siyasətinin də ildən-ilə güclənməsi ilə müşahidə olunur.

H.Abdullayev sosial cəhətdən həssas əhali qruplarına daim qayğı ilə yanaşıldığını qeyd edib.

Hazırda da mühüm sosial proqramların uğurla davam etdirildiyini və daha da gücləndirildiyini diqqətə çatdırıb. O bildirib ki, belə sosial proqramlardan biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təminatına xidmət edir.

Şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən cari ildə görülən işləri qeyd edən H.Abdullayev vurğulayıb ki, dövlət başçısının şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı bu kateqoriyalardan olan insanların mənzillə təminatı proqramının xeyli güclənməsinə səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamına əsasən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün cari ildə əlavə olaraq ən azı 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb.

Bu da 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzərdə tutulduğundan 3 dəfə çox, yəni 626 mənzilin həmin insanların istifadəsinə verilməsinə imkan verib.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün digər istiqamətlərdə aparılan işlərdən də bəhs edən H.Abdullayev həmçinin, bu il 265 nəfər Qarabağ müharibəsi əlilinin minik avtomobili ilə təmin olunduğunu, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdiyini bildirib.

O, şəhid ailələrini və Qarabağ müharibəsi əlillərini yeni mənzillə təmin edilmələri münasibətilə təbrik edib.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri sosial təminatlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsinə, dövlətin qayğısı ilə əhatə olunduqlarına, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara yeni mənzillər verildiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

İmişli rayonunda 54 mənzilli yaşayış evi şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib/

İnform.az

Baxış sayı: 118