Elm-təhsil
28.12.2018 / 15:10

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri KİMDİR?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub.

BŞTİ-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, bu vəzifəyə Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib.

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.


İnform.az

Baxış sayı: 152