Elm-təhsil
28.12.2018 / 16:33

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvan Dövlət Universitetində qeyd olunub/ FOTO

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvan Dövlət Universitetində qeyd olunub/
Naxçıvan Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.

Vurğulanıb ki, Ulu öndər Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edərək dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasının ölkə miqyasında təsbit edilməsinə nail olub. Ali təhsil ocağının tələbə və müəllim heyətini təbrik edən-rektor bildirib ki, bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq istiqamətində əvəzsiz rol oynayır.

Rektor 2018-ci ilin Naxçıvan Dövlət Universiteti üçün uğurlu il olduğunu, 2019-cu ildə isə qarşıda daha mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb.

Rektor əlamətdar tarixi gündə həmçinin, Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı”müsabiqəsinin qalibi olan Naxçıvan Dövlət Universitetinin TGT-nın sədri Zümrüd Səfərovanı təbrik edib.

Universitetin İncəsənət fakültəsinin tələbələri bir-birindən maraqlı musiqi, rəqs nömrələri ilə tədbiri daha da şənləndirib. Yeni ilin rəmzi sayılan Şaxta baba və qar qızın gəlişi tədbirin rəngarəngliyinə səbəb olub.

Sonda xatirə şəkli çəkdirilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvan Dövlət Universitetində qeyd olunub/


Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvan Dövlət Universitetində qeyd olunub/



İnform.az

Baxış sayı: 139