Baş xəbər, Elm-təhsil
28.12.2018 / 16:15

AzTU-da Milli Qəhrəmanın adına təqaüd təsis olundu/ FOTO

AzTU-da Milli Qəhrəmanın adına təqaüd təsis olundu/
Dekabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib.

Universitetin İctimaiyytələ əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbir iştirakçıları ilk olaraq Milli Qəhrəmanın təhsil aldığı fakültədə - AzTU-nun “Xüsusi texnika və texnologiya” fakültəsində olublar və Çingiz Qurbanovun xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan guşənin qarşısına gül qoyublar.

AzTU-nun prorektoru, professor İsa Xəlilov çıxış edərək, Milli Qəhrəman Çingiz Qurbanovun Vətən uğrunda göstərdiyi şücaətdən danışıb. Çingiz Qurbanovun özündən sonra gələnlərə böyük qəhrəmanlıq yolu miras qoyduğunu, bu yolun gənclərin vətənpərvər ruhda yetişməsinə xidmət etdiyini deyən prorektor, AzTU-da Vətən uğrunda canını fəda edənlərin xatirəsinin daima uca tutulacağını vurğulayıb.

Professor İsa Xəlilov çıxışında onu da qeyd edib ki, 2018-ci ildə AzTU-nun Elmi Şurasının qərarı ilə Milli Qəhrəman Çingiz Qurbanovun adına təqaüd təsis olunub. Təqaüd hər imtahan sesiyasında 1 bakalavr, 1 magistr olmaqla universitet üzrə ən yüksək nəticə göstərən 2 tələbəyə veriləcək. Təqaüdün məbləği 150 AZN-dir.

Tədbirdə digər çıxış edənlər də Çingiz Qurbanovun qəhrəmanlığından,onun təlim-tərbiyyəsindəndanışıb, Vətənə layiq vətəndaş, yüksək hazırlıqlı tələbə, gülərüz, səmimi gənc olduğunu diqqətə çatdırıblar.

Sonra AzTU-nun “Xüsusi texnika və texnologiya” fakültəsində Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi üçün onun adının verildiyi Çingiz Qurbanov adına “İxtiraçılar” klubuna baxış keçirilib. Burada tələbələrin əl işləri və “İxtiraçılar” klubunun internet saytı ilə tanışlıq olub.

Tədbir AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilib.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı ildə düşmənlə gərgin döyüşdə qəhrəmancasına şəhid olub və ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

AzTU-da Milli Qəhrəmanın adına təqaüd təsis olundu/


AzTU-da Milli Qəhrəmanın adına təqaüd təsis olundu/


AzTU-da Milli Qəhrəmanın adına təqaüd təsis olundu/


AzTU-da Milli Qəhrəmanın adına təqaüd təsis olundu/


AzTU-da Milli Qəhrəmanın adına təqaüd təsis olundu/


AzTU-da Milli Qəhrəmanın adına təqaüd təsis olundu/


AzTU-da Milli Qəhrəmanın adına təqaüd təsis olundu/



İnform.az


Baxış sayı: 135