Elm-təhsil
28.12.2018 / 16:00

Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub/ FOTO

Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub/
AMEA Naxçıvan Bölməsində31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyimünasibətilə tədbir keçirilib.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyevçıxış edərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir araya gəlməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Qeyd olunub ki, ulu öndər hələ 70-80-cı illərdə xaricdə yaşayan azərbaycanlılarla əlaqə yaradıb, onları vahid ideya ətrafında-Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləyib.

Vurğulanıb ki, 1991-ci il dekabrın 16-da Naxçıvanda “31-Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir.

Akademik, həmçinin Dünya Azərbaycanlılarının I, II, III və IV qurultaylarının keçirilməsinin əhəmiyyətindən də bəhs edib.

İsmayıl Hacıyev əsası ulu öndər tərəfindən qoyulan daxili və xarici siyasətinbu günPrezident İlham Əliyevtərəfindən uğurla davam etdirildiyini, dünya azərbaycanlılarının həmrəyliyinin güclənməsi istiqamətində bütün imkanların səfərbər olduğunu söyləyib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Milli birlik və həmrəylik” mövzusunda məruzə ilə çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb.

Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub/



İnform.az

Baxış sayı: 109