Maqazin
28.12.2018 / 10:50

“Forbes” ən az gəlirli Hollivud ulduzlarının adlarını açıqlayıb

“Forbes” ən az gəlirli Hollivud ulduzlarının adlarını açıqlayıb“Forbes” nəşri verilən qonorarlarla müqayisədə kinostudiyalara daha az gəlir qazandıran Hollivud aktyorlarının adlarını açıqlayıb.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, Amerika jurnalının məlumatına əsasən, siyahıya Stiven Kinqin məşhur romanının ekran adaptasiyası olan “Qara qüllə” filminə çəkilmiş Mettyu Makkonahi başçılıq edir.

Filmin yaradıcıları aktyora ödənilən qonorardan cəmi 1,1 milyon dollar xeyir götürüb.

İkinci yerdə “Hakimiyyət” filminə çəkilmiş Kristian Beyl (1,5 milyon dollar), üçüncü yerdə isə “Dedpul 2” filmində rol almış Mett Deymon (3,7 milyon dollar) gəlir.


İnform.az

Baxış sayı: 134