Baş xəbər, Sosial
28.12.2018 / 10:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub/ FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Nazir Sahil Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlər haqqında məlumat verib.

Nazirliyin iNazir bu islahatlar prosesində ictimai iştirakçılığın, vətəndaş cəmiyyətlərinin geniş iştirakının təmin edilməsi üçün müvafiq işlər aparıldığını deyib.

Nazirlik yanında İctimai Şuranın fəaliyyətindən bəhs edən S.Babayev Şurada 14 vətəndaş cəmiyyəti institutunun təmsil olunduğunu qeyd edib. O, əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələri üzrə xidmətlərdə şəffaflığın, sosial ədalət prinsipinin təmin edilməsinin əsas hədəflərdən olduğunu vurğulayıb.

Nazir bildirib ki, həmin sahələrdə güclü ictimai nəzarətin qurulmasında, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılmasında, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şuranın gördüyü işlər, onların monitorinqləri, rəy və təklifləri xüsusi önəm kəsb edir. S.Babayev Nazirliyin İctimai Şura ilə qarşılıqlı fəaliyyətinin daha səmərəli və sistemli təşkili üçün aparılan işləri qeyd edib.

İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev nazirliyin fəaliyyət sahələrində ictimai nəzarətin təşkiili, monitorinqlərin aparılması, qanunvericilik layihələri ilə Şura üzvlərinin yaxından tanış olması, ictimai dinləmələrin keçirilməsi və s. kimi sahələrdə nazirlik tərəfindən yaradılan şəraitdən razı qaldığını bildirib. O, Şuranın rəy və təkliflərinə daim diqqətlə yanaşıldığını, onların nəzərə alındığını deyib.

Şura üzvləri əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində geniş miqyasda islahatların aparılması və həssas qruplarla bağlı sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsiilə bağlı müsbət fikirlərini bildiriblər.

Görüşdə İctimai Şuranın 2018-ci ilin ötən dövründə gördüyü işlər, keçirdiyi monitorinqlər, iclaslar, ictimai dinləmələr barədə məlumat verilib. Şuranın 2019-cu il üçün fəaliyyət planının layihəsi də müzakirə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub/


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub/


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub/


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub/



İnform.az


Baxış sayı: 167