Dünya
27.12.2018 / 18:00

Telman İsmayılov vətəndaşlığını dəyişib?

Telman İsmayılov vətəndaşlığını dəyişib?
Qətllərlə bağlı cinayət işləri üzrə beynəlxalq axtarışda olan Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov hələ də Rusiya vətəndaşıdır.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda “RİA Novosti”yə onun vəkili Marina Rusakova açıqlama verib.

Bundan əvvəl “Mash” “Telegram” kanalında T.İsmayılovun Monteneqro vətəndaşlığı əldə etdiyi haqqında xəbər yayılmışdı.


“Bunu şərh edə bilmərəm, belə bir informasiyaya malik deyiləm. Hər halda onu dəqiq deyə bilərəm ki, o Rusiya vətəndaşı olaraq qalır.

Rusiya qanunvericiliyinə görə, hər hansı şəxs Rusiya vətəndaşı ola-ola başqa ölkənin vətəndaşlığını da qəbul edə bilər.

Xatırladaq ki, T.İsmayılov və onun qardaşı Vaqif beynəlxalq axtarışdadır. Rusiyada qardaşlar qətl və qanunsuz silah dövriyyəsində təqsirləndirilir, məhkəmə qiyabi olaraq onların həbsinə dair qərar çıxarıb.

İstintaqa versiyasına görə, T.İsmayılov iki sahibkar: Vladimir Savkin və Yuri Brılyovun qətlinin təşkilatçıları hesab olunur. Cinayət planını qardaşları Rafiq və Vaqif İsmayılovla hazırladığı deyilir. Qətlin icraçısı Mehman Kərimov 13 il müddətinə azadlıqdan məhrum edilib.


İnform.az

Baxış sayı: 606