Dünya, Hərbi
27.12.2018 / 17:42

Erməni hərbi qulluqçunun döyülməsi barədə gizli məlumatlar açıqlanıb

Erməni hərbi qulluqçunun döyülməsi barədə gizli məlumatlar açıqlanıbErmənistanın Sünik vilyətinin ümumi yurisdiksiya məhkəməsində hərbi qulluqçular arasında baş verən davaya dair cinayət işi araşdırılır.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, təqsirləndirilən Qaqik Manukyana qarşı "N" nömrəli hərbi hissənin müddətli xidmət hərbi qulluqçusu olmaqla, sentyabrın 26-da saat 23:40 radələrində tabeçilik münasibətləri olmayan şəraitdə Harut Qabrielyanı təzyiqə məruz qoyub.

Nəticədə, Manukyan onun sağlamlığına yüngül əlamət hesab edilməyən xəsarətlər yetirib və ağır psixoloji travma vurub.

Qeyd edək ki, hadisə barədə Ermənistan müdafiə nazirliyi məlumat yaymayıb.


İnform.az

Baxış sayı: 288