Dünya
27.12.2018 / 11:20

“Məni güllələnməyə məhkum ediblər”- Ermənistanda hərbi polis rəisini kim öldürüb

“Məni güllələnməyə məhkum ediblər”-24 sentyabr 1993-cu ildə Vanadzor-Alaverdi yolunda 4 nəfər erməni gənci soyğunçuluq hücumu həyata keçirib.

Bu qrupun ən kiçik nümayəndəsi isə 19 yaşlı Vahaqn Marukyan olub.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, “Artik” cəzaçəkmə müəssisəsində saxlanılan Marukyan 25 il sonra baş verənləri danışıb.

O, qeyd edib ki, uzun müddət məhbus həyatı yaşadıqdan sonra həqiqəti sübut edə biləcəyi imkanının olduğuna inanan bilmir. Həqiqət isə onun adam öldürmədiyi iddiasından ibarətdir.

Marukyan bildirib ki, 1993-cu ilin həmin günü hadisə yerinə təsadüfən hərbi polis rəisi və onun müavini gəlib çıxıb. Bu zaman avtomobil dayanıb və pərakəndə atış başlayıb. Atışma nəticəsində hərbi polis rəisi Vardan Asuryan ölüb. Hərbi polis rəisinin müavini Şahum Tiqranyanın açdığı atəş nəticəsində isə daha 4 nəfər ölüb.

Bu hadisədən sonra hərbi polis rəisini Marukynın öldürdüyü iddiası ilə onu uzun müddət həbsə məhkum etsələr də Marukyan, hərbi polis rəisini öldürdüyü iddiasını qəbul etməyib.

Vanadzor mərkəzi polis bölməsində amansızcasına döyüldükdən sonra İrəvandan gələn yüksək vəzifəlilərin iştirakında müstəntiq deyib ki, “boynuna almır, çıxarın döyün”. Marukyan döyüldükdən sonra ölüm hadisəsini boynuna götürdüyünü qeyd edib.
O qeyd edir ki, cinayət materiallarında onu guya qaçarkən yaraladıqları barədə heç bir şey qeyd edilməyib. Məhkəmə araşdırması 1 ildən artıq davam edib və hər dəfə məhkəmə iclaslarında hakim və prokuror mübahisə edib.

1994-cü ildə məhkəmə prosesi başa çatan Marukyanı güllələnmə ilə ölümə məhkum ediblər. 2003-cu ildə ölüm hökmü, ömürlük həbs cəzası ilə əvəz edilib.

Heç bir tibbi müayinə edilməsə də, 2016, 2017, 2018-ci illərdə tibbi müayinədən keçirildiyinə dair saxta sənədlər tərtib edilib. O, bildirib ki, vəzifəli məmurlar adamın üzünə baxaraq yalan danışırlar, o, heç bir həkim və ya tibbi müayinə üzü görməyib.

25 ildir törətmədiyi hadisə üçün həbsxana ömrü yaşayan Marukyan qeyd edib ki, onu məcburi şəkildə polis bölməsindən çıxarıb, ona doğru atəş açıblar. O, bu hadisədə kimlərin iştirak etdiyinə dair adlarını qeyd edib və müxtəlif orqanlara yazılı məlumat verib.

Artıq cəzaçəkmə müəssisəsində Marukyanın işi üzrə məhkəmə prosesi davam edir. O, 25 il cəza ömrü yaşadıqdan sonra, məhkəmənin onu azad edəcəyinə əmindir. “Lakin bu mübarizənin bitdiyi anlamına gəlmir”, - deyə o qeyd edib.


İnform.az

Baxış sayı: 303