Din
26.12.2018 / 11:46

Dini maarifləndirmə tədbirləri davam etdirilir/ FOTO

Dini maarifləndirmə tədbirləri davam etdirilir/
Dünən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Kakalos kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində rayonun Kakalos kənd tam orta məktəbində “Şəhidlik-mənəvi dəyər kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehrac Əsgərov, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Kakalos kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Raul Məmmədov, məktəbin direktoru Şölə Əhmədova, icma sədri Hüseynxan İsayev, müəllimlər və şagirdlər iştirak edib.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov şəhidlik anlayışı, onun mahiyyəti və milli-mənəvi dəyərlər sistemində şəhidliyə münasibət haqqında məruzə ilə çıxış edib.

Q.Məmmədov dövlət tərəfindən şəhidlərin xatirəsinə böyük hörmət və ehtiramın olduğunu, Prezident İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğı göstərdiyini qeyd edib.

DQİDK-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehrac Həsənov çıxışında Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş qəhrəman şəhidlərimizin ömür yolunun gənclərimizə örnək olduğunu bildirib . “Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir” – deyə o qeyd edib.

Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Kakalos kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Raul Məmmədov, məktəbin direktoru Şölə Əhmədova, məktəbin müəllimi Məlahət Rzayeva, icma sədri Hüseynxan İsayev çıxışlarında mövzunun əhəmiyyətindən danışaraq, şəhidliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dini maarifləndirmə tədbirləri davam etdirilir/


Dini maarifləndirmə tədbirləri davam etdirilir/


Dini maarifləndirmə tədbirləri davam etdirilir/



İnform.az

Baxış sayı: 175