Gündəm, Hüquq
26.12.2018 / 12:27

Narkotik satanlar cinayət başında yaxalandılar

Narkotik satanlar cinayət başında yaxalandılarPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik satan şəxs cinayət başında yaxalanıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hindarx qəsəbə sakini Elman Səmədov çəkisi 2 kiloqramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb.

Əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları şəhər sakini Zaur Əlizadədən 430 qram, 4-cü Polis Bölməsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunan Elnur Əsgərovdan 325 qram marixuana götürüblər.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 50