Dünya
26.12.2018 / 11:29

Putin və Lukaşenko razılığa gələ bilmədilər

Putin və Lukaşenko razılığa gələ bilmədilərBelarus prezidenti Aleksandr Lukaşenko və Rusiya lideri Vladimir Putin “təxirəsalınmaz” qərarların qəbul olunması məqsədilə Yeni ilə qədər bir daha görüşməyi qərara alıb.

İnform.az oxu.az-a istinadən bildirir ki, bunu Belarus liderinin mətbuat katibi Natalya Eysmont Kremldə dörd saatdan çox davam edən danışıqların yekunlarına dair mətbuata verdiyi açıqlamada bildirib.

Eysmont və Rusiya Federasiyası baş nazirinin birinci müavini Anton Siluanovun bəyanatlarına əsasən “bütün məsələlərdə” mövqelərin yaxınlaşdırılması ilə bağlı tərəflər razılığa gəlib. Görüşdə xüsusilə Belarus neftemalı sektoru, Rusiyanın neft-qaz sahəsində həyata keçirdiyi vergi manevri müzakirə olunub.

Siluanovun sözlərinə görə, Lukaşenko mavi qazın 2019-cu il üzrə satış qiymətlərinə yenidən baxılmasına nail ola bilməyib.

“Qaz qiymətinin təyin olunması məsələsində, biz artıq növbəti dövr üçün qərarlaşmalıyıq və 2020-ci ildə başlayaraq bu enerji növü üzrə qiymətin müəyyən edilməsi ilə bağlı təkliflər hazırlamalıyıq”, - deyə rusiyalı baş nazir müavini bildirib

Ötən gün (25 dekabr) Lukaşenko bəyanatla çıxış edərək, 2019-cu ilin gəlişinə qədər qaz qiymətləri ilə bağlı danışıqların aparılacağını vurğulamışdı.

Putin və Lukaşenko arasında növbəti görüşün nə vaxt keçiriləcəyi hələ açıqlanmayıb.



İnform.az

Baxış sayı: 274