Türk dünyası
26.12.2018 / 11:14

"Ermənistan həyasız şəkildə beynəlxalq hüququ pozur..."- Yalçın Topçu

"Ermənistan həyasız şəkildə beynəlxalq hüququ pozur..."-"Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirməklə beynəlxalq hüququ kobud şəkildə pozur".

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Y.Topçu vurğulayıb ki, Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması həyasızlıqdan başqa bir şey deyil.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başladı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT-in Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.


İnform.az

Baxış sayı: 163