Sağlamlıq
26.12.2018 / 11:00

Tərtər rayonunda epizootik tədbirlər başa çatdırılaraq növbəti ilin hazırlıqları aparılır/ FOTO

Tərtər rayonunda epizootik tədbirlər başa çatdırılaraq növbəti ilin hazırlıqları aparılır/
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonozxəstəliklərin qarşısının alınması istiqamətində lazımı tədbirlər aparılıb.

Bu məqsədlə Dövlət Baytarlıq Xidmətinin tərtib etdiyi epizootik planına uyğun olaraq yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndlərmə, diaqnostik müayinələr, dehelmentizasiya, dezinfeksiya və digər tədbirlər aparılır.

DBX-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Tərtər Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində epizootik sabitliyin qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması iatiqamətlərində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara və quşlar saxlanan binalar profilaktiki məqsədlə dezinfeksiya aparılır. Tərtər rayon Bəyimsarov kəndində İbrahimov Habilə məxsus cins heyvan fermasında 3000 kvadratmetr, Hüsənli kəndində Əliyev Məhərrəmə məxsus təsərrüfatda 2600 kvadratmetr, Çaylı kəndində Paşayev Nicata məxsus təsərrüfat¬da 470 kvadratmetr sahədə profilaktik dezinfeksiya aparılıb.

Qeyd edək ki, başa vurmaqda olduğumuz il ərzində ümumilikdə Tərtər rayonunda 104522 kvadratmetr sahədə profilaktiki dezinfeksiya işləri görülüb.

Bu məqsədlə ektasan, almerdehid dezinfeksiyaedici dərman maddələrindən istifadə edilib.

Tərtər Rayon Baytarlıq İdarəsi tərəfindən başa vurmaqda olduğumuz 2018-ci il ərzində 6035 baş iribuynuzlu heyvandan və 1800 baş qoçdan bruselyoza görə, eləcə də epididemit xəstəliyinə qarşı 1800 baş qoçlardan qan alınaraq müayinə edilib.

Həmçinin 7252 baş iribuynuzlu heyvan vərəmə görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.

İl ərzində 27146 baş iribuynuzlu, 59949 baş xırdabuynuzlu, 878 baş təkdırnaqlı heyvanda Qarayara, 47890 baş iribuynuzlu heyvanda, 37555 baş xırdabuynuzlu heyvanda dabaq, 2964 baş sahibli itdə quduzluq, 55955 baş qoyunlarda çiçək, 4214 baş iribuynuzlu, 20561 baş xırdabuynuzlu heyvanlarda brusellyoz, 23068 baş iribuynuzlu heyvanlarda nodulyardermatit, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 251061 baş ev quşda “H” vaksini ilə peyvəndləmə tədbirləri aparıb.

Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövrü ərzində quşlar arasında askaridioza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı və iribuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri aparılıb.

Hazırda Tərtər Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib.

Nazirliyin Təhcizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir.

Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hər il olduğu kimi, növbəti ildə də dövlət vəsaiti hesabına alınan, rayon baytarlıq idarələrinə vaxtında çatdırılaraq soyuducu kameralara yığılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal qarasına ödənişsiz əsaslarla(pulsuz) tətbiq ediləcək.

Baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmiri edilməsi və yerinə yetirilməsi barədə müvafiq tapşırıqlar verilib. Baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinin bölgüsünə, onların yerlərdə tətbiqinə rayon baytarlıq idarələri tərəfindən ciddi diqqət yetirilməsi, baytarlıq preparatlarının istifadəsi zamanı epizootik və ambulatoriya kitablarında qeydiyyatın aparılmasına dair göstərişlər verilib.

Dövlət Baytarlıq xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndlərin, diaqnostik müayinələrin və baytarlıq sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

Tərtər rayonunda epizootik tədbirlər başa çatdırılaraq növbəti ilin hazırlıqları aparılır/


Tərtər rayonunda epizootik tədbirlər başa çatdırılaraq növbəti ilin hazırlıqları aparılır/


Tərtər rayonunda epizootik tədbirlər başa çatdırılaraq növbəti ilin hazırlıqları aparılır/




İnform.az

Baxış sayı: 163