Dünya
26.12.2018 / 10:35

“İran və Rusiya hərbi əməkdaşlığı artırmalıdır” İran SQ BQ rəisi

 “İran və Rusiya hərbi əməkdaşlığı artırmalıdır” “Regiondakı həssas vəziyyəti və terrorun yayılmasını nəzərə alaraq Tehran və Moskva hərbi əlaqələrini gücləndirməli və anti-terror mübarizələrini artırmalıdır”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri deyib.

“Suriyada terrorla birgə mübarizədə və terrorçuların dəf edilməsində iki ölkənin uğuru İran və Rusiyanın birgə işləmək bacarığını nümayiş etdirir. İki ölkənin geosiyasi gücü və geostrateji bacarıqları silahlı qüvvələr arasında uzun müddətli əməkdaşlığı şərtləndirir”, - deyə o bildirib.

Baqiri, həmçinin tarixi əlaqələrdən bəhs edərək hərbi əməkdaşlıq üçün bir çox fürsət olduğunu vurğulayıb.


İnform.az

Baxış sayı: 282