İdman
26.12.2018 / 10:15

"Eşitdiyimə görə, Qriqorçuk "Astana"ya qayıdır"- Kiril Kovalçuk

"Eşitdiyimə görə, Qriqorçuk "Astana"ya qayıdır"-
"Astana"nın baş məşqçisi Roman Qriqorçukla bağlı növbəti iddia ortaya atılıb.

Qol.az-ın Qazaxıstan mətbuatına istinadən yaydığı xəbərə görə, "Ordabası"nın ukraynalı yarımmüdafiəçisi Kiril Kovalçuk klubun rəsmi saytına müsahibəsində 53 yaşlı mütəxəssisin yenidən ölkə çempionuna qayıdacağını bildirib.

2012-2014-cü illərdə Odessa "Çernomorets"ində həmyerlisinin başçılığı altında oynayan 32 yaşlı futbolçu onun dönüşünün "Astana"ya xeyir verəcəyini bildirib:

"Eşitdiyimə görə, Qriqorçuk "Astana"ya qayıdır. O, indiyə qədər işlədiyim ən yaxşı məşqçilərdən biridir. Ona görə də əminəm ki, Qriqorçukun qayıdışı bu komandaya ancaq xeyir verə və kömək edə bilər. Son illərdə qazandığı uğurlar da bunu sübut edir".

Təcrübəli futbolçu "Ordabası"nın baş məşqçisi, vaxtı ilə ölkəmizdə "İnter"i (hazırkı "Keşlə") çalışdırmış Kaxaber Sxadadze haqda da danışıb: "Onun tələbləri çoxdur. Məşqlərdə bacarığından artığını etməyini istəyir. İddialı və emosional məşqçidir. Əvvəllər çətin idi, amma sonradan hər şey alınmağa başladı".

Qeyd edək ki, ötən mövsümün sonunda “Qəbələ”dən ayrılaraq “Astana”nın sükanı arxasına keçən Qriqorçuk şəxsi məsələləri səbəbindən avqust ayında müvəqqəti olaraq Qazaxıstan klubunu tərk etmişdi.


İnform.az

Baxış sayı: 164