Hərbi
25.12.2018 / 18:21

Təhlükəli əşya və qurğu aşkarlanmayıb

Təhlükəli əşya və qurğu aşkarlanmayıb
2018-ci il 25 Dekabr tarixində saat 10:14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 10:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində 2 ədəd mərminin olması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə keçmiş texniki peşə məktəbinin ərazisinə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 6 kv.m ərazi 1.5 m dərinliyində yeraltı, 50 kv.m ərazi isə yerüstü yoxlanılmış, təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Təhlükəli əşya və qurğu aşkarlanmayıb


Təhlükəli əşya və qurğu aşkarlanmayıb



İnform.az


Baxış sayı: 161