Sağlamlıq
25.12.2018 / 17:00

ASK-nın “Üzvdən-üzvə” xidməti çərçivəsində AQSİA-da kardioloji müayinə təşkil olunub/ FOTO

ASK-nın “Üzvdən-üzvə” xidməti çərçivəsində AQSİA-da kardioloji müayinə təşkil olunub/
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının üzvlərinə təqdim etdiyi “Üzvdən – üzvə” xidməti çərçivəsində BİOLOJİ TƏBABƏT Klinikasının həkim-kardioloqu Aynur Əlizadə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında ödənişsiz kardioloji müayinə həyata keçirib.

ASK-nın Kadrlar və ictimaiyyətlə Əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, aksiya çərçivəsində Assosiasiyanın əməkdaşları və üzvləri üçün elektrokardioqrafik (EKQ) müayinələr edilib, onların qan təzyiqi yoxlanılıb.

Kardioloq son zamanlar ürək xəstəliklərinin çox geniş yayıldığını bildirib və bunun səbəbləri barədə danışıb:

“Səbəblər arasında düzgün olmayan qidalanma tərzi, stres, təzyiqin yüksək olması, şəkərli diabetin olması və digər faktorların olduğu bildirilib. Həmçinin siqaret istifadəsi, digər zərərli vərdişlərin olması, xüsusən son vaxtlar gənclər arasında yayılan enerji içkilərinin istifadəsi də səbəblər arasındadır. Bütün bu faktorlar ürək xəstəliklərinin yaranmasına zəmin yaradır və ürək xəstəliklərinin baş verməsinə gətirib çıxardır. Bu xəstəliklərin vaxtında qarşısını almaq üçün mütəmadi olaraq yoxlanmalardan keçmək lazımdır. Heç bir şikayətiniz olmasa belə ən azından mütləq şəkildə 6 aydan bir təzyiqə nəzarət olmalıdır və ürək xətəliklərinin qarşısını vaxtında almağa çalışmalıyıq. Unutmayaq ki, hər zaman erkən müayinə həyat qurtarır”. – deyə həkim-kardioloq Aynur Əlizadə bildirib.

Bioloji Təbabət klinikası 2009-cu il may ayından fəaliyyət göstərir. Azərbaycanda, həmçinin postsovet məkanında bioloji təbabətlə məşğul olan yeganə klinikadır. Xroniki, sağalması çətin xəstəliklərin müalicəsində effektiv nəticələr verən bio-tənzimləyici təbabət, orqanizmin pozulmuş funksiyalarını bərpa edən və xəstəliyin yaranma səbəblərini aradan qaldıran müasir təbabət növüdür.

ASK-nın “Üzvdən-üzvə” xidməti çərçivəsində AQSİA-da kardioloji müayinə təşkil olunub/


ASK-nın “Üzvdən-üzvə” xidməti çərçivəsində AQSİA-da kardioloji müayinə təşkil olunub/


ASK-nın “Üzvdən-üzvə” xidməti çərçivəsində AQSİA-da kardioloji müayinə təşkil olunub/


ASK-nın “Üzvdən-üzvə” xidməti çərçivəsində AQSİA-da kardioloji müayinə təşkil olunub/


ASK-nın “Üzvdən-üzvə” xidməti çərçivəsində AQSİA-da kardioloji müayinə təşkil olunub/


ASK-nın “Üzvdən-üzvə” xidməti çərçivəsində AQSİA-da kardioloji müayinə təşkil olunub/


ASK-nın “Üzvdən-üzvə” xidməti çərçivəsində AQSİA-da kardioloji müayinə təşkil olunub/




İnform.az

Baxış sayı: 189