İqtisadiyyat
25.12.2018 / 16:34

AQTA-da şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib/ FOTO

AQTA-da şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib/
Dekabrın 25-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib.

AQTA İnformasiya təminatı və innovativ həllər şöbəsindən İnform.az-a verilən məlumata görə, görüşdə sahibkarlara dövlət qeydiyyatı, şərab məhsullarının idxalı və ixracının tənzimlənməsi, eyni zamanda məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı zəruri məlumatlar verilib.

Sahibkarların diqqətinə çatdırılıb ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir.

Bu istiqamətdə şərab istehsalçılarının fəaliyyətinin təkmilləşdirilməsi, yüksək keyfiyyətli, təhlükəsiz məhsul istehsalına nail olmaq üçün şərab məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlıq genişləndirilməlidir.

Görüşdə çıxış edən Agentlik Sədrinin müavini Rəşad Mafusov bildirib ki, şərabçılığın inkişafına dövlət dəstəyi ildən ilə artır. Ölkə başçısının 2018-ci il 3 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafınıı təmin edir. Hazırda Azərbaycan şərabları dünyanın bir çox ölkələrinə ixrac edilir.

Həmin şərab məhsullarının qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri baxımından yoxlanılması AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında həyata keçirilir.

Sonda şərab istehsalçıları və ixracatçılarının problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

AQTA-da şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib/


AQTA-da şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib/



İnform.az


İnform.az

Baxış sayı: 212