Baş xəbər, Sosial
25.12.2018 / 16:10

Niyazi Bayramov növbəti səyyar qəbul keçirib/ FOTO

Niyazi Bayramov növbəti səyyar qəbul keçirib/
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daha bir səyyar qəbul keçirib.

Bu dəfə 1 saylı sahə inzibati ərazi dairəsinin ərazisində yaşayan sakinlərlin müraciətləri dinlənilib.

İcra Hakimiyyətindən İnform.az-a verilən məlumata görə, ərazidə yaşayan 50-yə yaxın vətəndaş, “açıq mikrofon” şəraitində keçən qəbulda, öz müraciətini dilə gətirib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinləri salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.

Qəbulda əsasən küçə işıqlanması, qaz sayğaclarının quraşdırılıması, yol infrastrukturunun bərpası, nəqliyyat problemlərinin aradan qaldırılması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Səsləndirilən digər bir sıra problemlər yerindəcə öz həllini tapıb, İcra strukturunun fəaliyyətinə daxil olmayan məsələlər isə araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

Niyazi Bayramov növbəti səyyar qəbul keçirib/


Niyazi Bayramov növbəti səyyar qəbul keçirib/


Niyazi Bayramov növbəti səyyar qəbul keçirib/




İnform.az

Baxış sayı: 335