Baş xəbər, Sosial
25.12.2018 / 14:05

Üç gün hava şəraiti qeyri-sabit olacaq- XƏBƏRDARLIQ!

 Üç gün  hava şəraiti qeyri-sabit olacaq-Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti üç gündə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, məlumata məlumata görə, Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi dekabrın 26-dan dekabrın 28-i axşamadək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.


İnform.az

Baxış sayı: 142