Baş xəbər, Siyasət
25.12.2018 / 12:28

"İqtisadi cəhətdən müstəqil olmayan qadın siyasi prosesə nə qatıla, nə də uğur qazana bilər"- Bahar Muradova

"İqtisadi cəhətdən müstəqil olmayan qadın siyasi prosesə nə qatıla, nə də uğur qazana bilər"-"Qadınlar nə qədər iqtisadi proseslərə çox qoşulacaqlarsa, bir o qədər özlərini azad, müstəqil hiss edəcəklər və qətiyyətlə siyasi proseslərin fəal iştirakçısına çevriləcəklər".

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci ilin yekunlarına həsr etdiyi kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqtisadi cəhətdən müstəqil olmayan qadın siyasi prosesə nə qatıla, nə də uğur qazana bilər. Ona görə də Azərbaycanda qadınların iqtisadi prosesə qatılması baxımından görülən işlər çox əhəmiyyətlidir.

B.Muradova bildirib ki, qadın sahibkarlığının inkişafı vacib məsələdir:

"Azərbaycanda ailə təsərrüfatlarının yaradılması qadın sahibkarların inkişafı, uşaqların, gənclərin sağlamlığının, təhsilinin yüksək səviyyədə təmin olunması, bütün bu proseslərin üzərində ictimai sosial nəzarətin tətbiqi istiqamətində görülən işlər təqdirəlayiqdir. Bunlardan yalnız qürur duya bilərik. Təkcə bu il ərzində Milli Məclisin müvafiq komitələri və Ailə Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu hüquqların qorunması, əlçatanlığının təmin olunması üçün çoxsaylı müzakirələr həyata keçirilib".


İnform.az

Baxış sayı: 273