İdman
25.12.2018 / 12:24

"Bəzi federasiyalar idmançılarını dopinq-testdən gizlədirlər"- AMADA-nın direktoru

"Bəzi federasiyalar idmançılarını dopinq-testdən gizlədirlər"-"Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) yerli idman federasiyalarına qarşı sanksiya tətbiq edə bilər".

"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Qurum rəhbəri bildirib ki, buna səbəb bəzi federasiyaların idmançıların siyahısını AMADA-ya vaxtında təqdim etməmələridir: "İdmançıların siyahıları, eləcə də təlim-məqş toplanışların vaxtı və yeri öncədən bildirilməlidir. Təəssüf ki, bəzi federasiyalar test zamanı idmançıları gizlədirlər, qaçırırlar. Testlərin qeydiyyatdan keçməyən laborotoriyalarda verilməsi də qəbulolunmazdır".

Ş.Hüseynli bildirib ki, AMADA 2019-cu ildə hüquq-mühafizə oraqanları ilə birgə bir neçə əməliyyat keçirməyi planlaşdırır.

Onun sözlərinə görə, peşəkar idmançılarla yanaşı, müxtəlif fitnes-zallarda məşqçilər tərəfindən yeniyetmələrə müxtəlif harmonal tərkibli maddələrin verilməsi qanuna ziddir. Qurumun direktoru bildirib ki, bu cür halların qarşısını almaq üçün tədbirlər görüləcək.


İnform.az

Baxış sayı: 177