Hüquq
25.12.2018 / 11:51

Saxta pul dəyişmək istəyən şəxs yaxalanıb

Saxta pul dəyişmək istəyən şəxs  yaxalanıbPolis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 144