Baş xəbər, Siyasət
25.12.2018 / 11:43

"Qadınlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar..."- Hicran Hüseynova

"Qadınlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar..."-Texniki, innovativ, neft sənayesi və digər sahələrdə təhsil alan qadınların sayı artır.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cari ilin yekunlarına həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədqiqatların analizi də onu göstərir ki, qadınlar dövlət sektorunda işləmək arzusundadır. Statistik rəqəmlər də onu təsdiq edir ki, qadınların 30%-i dövlət, 70%-ə qədəri isə özəl sektorda işləyir:

"Baxmayaraq ki, qadınlar bilik və bacarıqlarına görə kişilərdən geri qalmırlar. Lakin onlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar. Bizdə belə bir təcrübə var. Dövlət qurumları yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə də, qadınların bu və ya digər sahələrdə təmsilçiliyinin artmasına nail olunur. Məsələn, Dövlət Gömrük Komitəsində 2-ci dəfədir ki, belə bir imtahan keçirilir. Artıq qadınların gömrük xidmətlərində iştirak səviyyəsi 20%-ə qədər yüksəlmişdir. Bundan həm qadınlar və onların ailələri, həm də dövlət orqanları müsbət yararlanırlar. Doğrudur, bu pozitiv diskriminasiya sayılsa da, biz çalışırıq ki, fərqi aradan qaldıraq. Digər dövlət qurumlarında da belə bir imtahan testləri aparmaq niyyətindəyik".


İnform.az

Baxış sayı: 297