Gündəm, Hüquq
25.12.2018 / 11:05

Narkotik satanlar cinayət başında yaxalandılar

Narkotik satanlar cinayət başında yaxalandılarPolis əməkdaşları Balakən rayonu ərazisində narkotik satan şəxsləri cinayət başında yaxalayıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Balakən rayonunun Hənifə kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd sakinləri Rəhim Süleymanov və İsmayıl Bayramov çəkisi 190 qram olan marixuananı satarkən cinayət başında yaxalanıblar.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə R.Süleymanovun evindən əlavə olaraq 700 qrama yaxın marixuana aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 58