Şərhlər
24.12.2018 / 14:00

Mocüzə yaradan QADIN- DOĞUM GÜNÜN MÜBARƏK

Mocüzə yaradan QADIN-
Ləman Məmmədova


24 dekabr-onun DOĞUM günüdür.

"Sabahı gözləyə bilmədim. Ona hər sarıldığımda başa düşürəm ki, dünyaya gəldiyimdə həkimlər məni onun əlinə təslim edəndə niyə ağlamağı kəsmişəm və özünün də dediyi kimi "ağlamaq əvəzinə gülümsəyən möcüzəvi körpə" idim.

O möcüzəni sən yaratmısan, əzizim. Sənə hər sarıldığımda təkrarlanır bu möcüzə. Başqaları yalnızlıqdan qorxduqları halda, sənə qazandırdığı güc yalnızlığı mənim də dostum edib. Onu hər kəs kimi qaralayıb atmamağa çalışıram.

Çünki sənin heyret doğuran gücün, susmayan və qorxmayan ədalət səsin, ətrafındakılara dərdlərini unutduran təbəssümün və sərhəd tanımayan sonsuz sevgin mənə aydın edib ki, dünyada başına gələcək ən pis şey belə sənə nəsə öyrədir.

ANA, aranızda həmişə soyuqqanlı davranan biri olmuşam, amma həmişə də hiss etmişəm ki, bunun səbəbini sən məndən yaxşı bilirsən.

Bilirsən ki,mən bir dəfə "darıxıram" desəm, sən günlərcə bu kəlimənin bütün melanxolik tonlarını yaşayacaqsan.

Duyğuların da xarakterin qədər güclüdür. Və elə ona görə də ilk dəfə qucağına aldığında gülümsəyən körpəylə qarşılaşmısan.

Qoxundan tanımışam səni, gözəl qadın...

Həyat desinlər, qismət desinlər, tale desinlər, kim yaşadığı bu səhnəyə nə deyir desin, mənim səhnəyə çıxma səbəbim həmişə SƏN olmusan.

Göbək bağını həkimlər kəsər, ama bizim sənlə aramızda elə bir bağ var ki, bütün yaşananlar ilk öncə o simə toxunur və kəlimələrə ehtiyac qalmadan biz bir-birimizi anlayırıq.

SƏN HƏMİŞƏ O QADIN OLACAQSAN... MÖCÜZƏ YARADAN QADIN...DOĞUM GÜNÜN MÜBARƏK!!!

23.12.2018


İnform.az

Baxış sayı: 130