Diaspora Akademiyası
24.12.2018 / 00:30

Misirdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib/ FOTO

Misirdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib/
"Vətənpərvər"-Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın MƏR-dəki səfirliyin nümayəndələri vəburada işləyən, təhsil alan azərbaycanlılar iştirak ediblər.

Birlikdən İnform.az-a veilən məlumata görə, tədbirdə çıxış edən birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov Misrlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrindən geniş söhbət açıb.

Son ildə təşkilatın Misirin ən mötəbər universitetləri və Azərbaycan diasporu mərkəzində 600 dən çox misirli tələbələrə Azərbaycan dili ilə yanaşı onun mədəniyyətini, tarixini tədris edərək və həqiqətlərinin təbliğ etdiyini qeyd edib.

S. Nəsirov Misirlilərlə ailəli olan azərbaycanlılarının öz övladları ilə Azərbaycan dilində danışmağının önəmindən söhbət açaraq, onların övladlarına Azərbaycan dilini öyrətməkdə bütün imkanların olduğunu qeyd etmişdir. Gələn ildən etibarən diaspora mərkəzində uşaqlar üçün də Azərbaycan dili dərsləri nəzərdə tutulub.

Artıq Qahirədə yerləşən Azərbaycan diasporu mərkəzi, azərbaycanlıların öz evinə çevrilib. Orada azərbaycanlılar arasında möhkəm əlaqə qurmaq məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində, aralarında azərbaycanlılar olmaqla yanaşı, dünyanın 17 ölkəsindən 180 dan çox tələbə ödənişsiz müxtəlif ixtisaslar üzrə təhsil alır.

Misirdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib/


Misirdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib/


Misirdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib/



İnform.az

Baxış sayı: 202