İdman
24.12.2018 / 02:00

"Sərhədçi" Çovkən komandası "Prezident kuboku" turnirinin qalibi olub/ FOTO

"Sərhədçi" Çovkən komandası "Prezident kuboku" turnirinin qalibi olub/Atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin yaşadılması, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi ilə artıq yeddinci ildir ki, Çövkən milli oyunu üzrə “Prezident Kuboku” uğrunda turnir keçirilir.

Mədəni irsimizə diqqət və qayğısını əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində ölkəmiz Qarabağ atüstü oyunu-Çövkənin beynəlxalq miqyasda tanınmasına, bu irsin qorunub saxlanılmasına, inkişafına dəstək verilməsi məqsədilə UNESCO səviyyəsində səmərəli iş apararaq qürur doğuran nəticəyə nail olub.

Bir neçə il davam edən çalışmaların, gərgin fəaliy¬yətin yekunu olaraq 3 dekabr 2013-cü il tarixdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Qarabağ atüstü oyun ənənəsi - Çövkən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

ARAF-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, 23 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şərəfinə təşkil olunmuş Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin final oyunu baş tutub.

2018-ci ilin “Prezident Kuboku” turnirinə dekabr ayının 11-də start verilib.

Finalda 22 dekabrda keçirilmiş yarımfinal oyununun nəticələrinə əsasən “Buta Golden” və “Polad” komandaları üçüncülük, “Sərhədçi” və “Omar” komandaları isə kubok uğrunda mübarizə aparıblar.

Günün ilk oyununda “Buta Golden” komandası “Polad” komandası ilə üz-üzə gəlib. Komandalar arasında gərgin gedən mübarizə “Polad” komandasının xeyrinə 5:1 hesabı ilə başa çatıb və “Polad” komandası Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin üçüncüsü olaraq bürünc medal qazanıb.

Final görüşündə 2017-ci ilin ən güclü çövkən yığması kimi “Prezident Kuboku”nun qalibi adını daşıyan “Sərhədçi” komandası “Omar” komandasını qəbul edib.

Rəqib komandanın ciddi müqavimətinə baxmayaraq “Sərhədçi” komandası 1:0 hesabı ilə “Omar” komandasını məğlub edib.

Beləliklə də, “Sərhədçi” komandası Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin ardıcıl olaraq qalibi olub.

Mükafatlandırma mərasimində medalları komandaların üzvlərinə Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Turnirin ən çox qol vuran oyunçu mükafatına “Sərhədçi” komandasının oyunçusu Elçin Camallı, ən gözəl qol sahibi mükafatına isə həmin komandanın təmsilçisi Tərlan Qurbanəliyev layiq görülüblər.

"Sərhədçi" Çovkən komandası "Prezident kuboku" turnirinin qalibi olub/

İnform.az

Baxış sayı: 159