Baş xəbər, Sağlamlıq
24.12.2018 / 12:00

"Kişilər daha çox " içlərində çəkirlər"- Kardioloq

"Kişilər daha çox " içlərində  çəkirlər"-Son illər dünyada ürək xəstəliklərindən əziyyət çəkən, bu xəstəliyin fəsadları nəticəsində dünyasını dəyişən insanların sayı artıb.

Bu mövzuyla bağlı İnform.az-ın suallarını Modern hospitalın həkim kardioloqu Yusif Ağayev cavablandırıb:

-Doktor, ürək xəstəliklərindən dünyasınız dəyişən insanların son illər sayı artıb. Əsasən də kişilər arasında. Bir kardioloq kimi bunun əsas səbəbini necə açıqlayardınız?

-Dünya səhiyyə təşkilatının statistikasına görə ürək-damar xəstəliklərindən vəfat edənlərin sayı artıq uzun illərdir ki, digər xəstəliklərdən, hətta, onkoloji xəstəliklər vəfat edənlərdən çoxdur.
Kişilər arasında 50 yaşa qədər rastgəlmə tezliyi qadınlara nisbətən iki dəfə çoxdur.
Bu onunla izah olunur ki, qadın hormonları-esterogenlər ürəyə kardioprotektiv təsir, yəni ürəyə qoruyucu təsir göstərir. Menopauzaya girmiş qadınlarda isə demək olar ki, bu rəqəm kişilərlə eyni olur.
Başqa bir səbəb stress faktorudur ki, son illər alimlər bu faktora daha mühüm önəm verirlər. Məlumdur ki, kişilər güclü cinsə aid olunsalar da, stress faktoruna daha həssasdırlar. Qadınlar stress, əsəb zamanı daha çox reaksiya büruzə verir, ağlayır və s.
Kişilər isə daha çox belə desək, " içlərində çəkirlər" , stress və əsəbləri büruzə verə bilmirlər.

-Azərbaycanda son beş ildə ürək xəstəliklərindən vəfat edən necə faiz insan olub?

-Azərbaycanda ürək-damar xəstəliklərindən vəfat edənlərin dəqiq statistikası mənə məlum deyil.
Amma bayaq qeyd etdiyim kimi, dünyada bu qəbildən olan ölümlər bütün digər xəstəliklərdən öndədir. Baxmayaraq ürək-damar xəstəliklərinin müalicəsində son illərdə çox nailiyyətlər əldə olunub (invaziv metodlar, stent implantasiyası,cərrahi müalicə, cihaz implantasiyaları və s) bu rəqəm hələ də dəyişməyib.

- Qadınlar arasında infarkt kişilərə nisbətən neçə faizdir?

-Yuxarıda qeyd etdiyim kimi, menopauzaya qədər qadınlar kişilərə nisbətən 2 dəfə az xəstələnir. Sadə dildə desək, məsələn, 50 yaşa qədər rast gəlinən bütün infarktlarda qadınların sayı kişilərə nisbətən 2 dəfə az olur.

-Son illərdə həmçinin gənclər arasında da bu ölüm hallarına təsadüf olunur. Bu acınacaqlı haldan qurtarmaq mümkündürmü? Münkündürsə necə?

-Gənc insanlarda miokar infarktının rastrəlmə tezliyi və ölüm faizinin yüksək olmasının bir neçə səbəbləri var: anadangəlmə koronar arteriya anomaliyaları, yəni ürəyin özünü qidalandıran damarların anadangəlmə qüsuru, stress faktoru, gənc yaşlarda ürəyin kollateral (əlavə, köməkçi damarlar) damarların açılmaması və s. faktorları misal göstərmək olar.
Bunun qarşısını almaq üçün rutin profilaktik müayinələrin aparılması, vaxtaşırı şikayət olmasa belə, tibbi müayinələrdən keçmək tüvsiyyə olunur.
Ölkəmizdə artıq İcbari tibbi sığortanın tətbiqinə başlanılıb və 2020-ci ildə bütün ölkə boyu tətbiq olunacaq.
Ümidvaram ki, İTS-nın kütləvi tətbiqindən sonra bu işlərdə müəyyən uğurlarımız olacaq.

-İnşallah...


İnform.az

Baxış sayı: 889