Sosial, Hüquq
14.12.2018 / 18:05

Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində idaretmənin optimallaşdırılması məqsədilə struktur islahatı aparılıb

Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində idaretmənin optimallaşdırılması məqsədilə struktur islahatı aparılıbƏmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq Əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatının ştat cədvəlinə dəyişiklik edilməklə, yeni strukturu formalaşdırılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, həmçinin müvafiq Əmr əsasında Bakı şəhəri üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) sayı azaldIlaraq paytaxtın rayonları üzrə ümumilikdə 5 TSEK (Yasamal, Səbail, Nəsimi rayonları üzrə 1 saylı, Nərimanov, Nizami, Xətai rayonlarıüzrə 2 saylı, Qaradağ, Binəqədi rayonları üzrə 3 saylı, Sabunçu, Suraxanı rayonları üzrə 4 saylı və Xəzər, Pirallahı rayonları üzrə 5 saylı TSEK-lər) müəyyən edilib.

Qeyd olunan TSEK-lərin fəaliyyətiBakı şəhərində yaradılacaq beş DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi ilə əlaqəli şəkildə qurulmaqla, mərkəzlərin əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya istiqaməti üzrə xidmətlərinin həyata keçirilməsində iştirak edəcəklər.

Aparılan struktur islahatları tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində idaretmənin optimallaşdırılmasına və işin səmərəliliyinin,bu sahələrdə vətəndaşlara xidmətlərinDOSTmərkəzləri müstəvisində tam şəffaf və vətəndaş məmnunluğuna nail olunması prinsipi əsasında keyfiyyətinin artırılmasına xidmət edir.



İnform.az

Baxış sayı: 254