Baş xəbər, Sosial
14.12.2018 / 17:50

Nazirin iştirakı ilə aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub- Bərdədə/Foto

Nazirin iştirakı ilə aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub-
Bu il rayonda 112 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Bərdə rayonunda vətəndaşların qəbulunu keçirən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birgə rayonda özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmışayrı-ayrı ailə təsərrüfatları ilə tanış olublar.

NAzirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Bərdə rayonunda 2018-ci ildə 112 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onların əksər hissəsini əlilliyi olan insanlar, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, müharibə veteranları və digər həssas qruplaran olanlar təşkil edir.

112 nəfərdən artıq 100-ə yaxın şəxsin biznes-planlarına uyğun mal və materiallarla təminatı həyata keçirilib. Onlar əsasən heyvandarlıq sahəsi üzrə kiçik ailə təsərrüfatlarını qurublar. Digərlərinin də mal və materiallarla təminatı işləri davam etdirilir.

Proqram iştirakçıları ilə görüşündə S.Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasənƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əsas məqsədi aztəminatlı ailələrin öz təsərrüfatlarını quraraq, kiçik ailə biznesinə çıxışına, öz zəhmətləri, səyləri ilə gəlirlərini artırmalarına, həyat şəraitlərini yaxşılaşdırmalarına imkan yaratmaqdır.

Bunun üçün proqram iştirakçılarına mal və materiallar verilməklə, onlara təsərrüfatları idarə etmək və genişləndirmək üçün müvafiq məsləhət xidmətləri ilə göstərilir. Proqram digər tərəfdən kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının inkişafına bir dəstəkdir.

Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını quran insanlar verilmiş mal və materiallardan səmərəli şəkildə faydalanaraq təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini qeyd ediblər.

Onlar aztəminatlı ailələrə sahibkarlığa çıxış imkanı yaradıldığına, ümumən sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün aparılan işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Nazirin iştirakı ilə aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub-


Nazirin iştirakı ilə aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub-


Nazirin iştirakı ilə aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub-


Nazirin iştirakı ilə aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub-


Nazirin iştirakı ilə aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub-


Nazirin iştirakı ilə aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub-




İnform.az

Baxış sayı: 304