İdman
14.12.2018 / 17:16

İdmançı polislər ustalıq nümayiş etdirdilər/ FOTO

İdmançı polislər ustalıq nümayiş etdirdilər/
Dekabrın 12-dən 14-dək əlbəyaxa döyüş üzrə DİN çempionatı keçirilib.Yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıb.

Açılış mərasimində çıxış edən Olimpiya, dünya və Avropa çempionu, DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinovayarış iştirakçılarını və qonaqları salamlayıb, idmançılarauğurlar arzulayıb.

O, Azərbaycanın dünyada güclü idman ölkəsi kimi tanıdılmasında beynəlxalq miqyasda uğurlar qazanan daxili işlər orqanları əməkdaşlarının da əməyini qeyd edərək, 2018-ci ilin idman yekunlarına həsr olunan tədbirdə möhtərəm dövlət başçımız tərəfindən mükafatlandırılanlar arasında polis əməkdaşlarının və yetirmələrimizin olmasını da diqqətə çatdırıb, qiymətli hədiyyələrin polis idmançılarının əməyinə verilən layiqli qiymət kimi dəyərləndirib.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib.Ümumi birincilikdə ilk üçlükdəBakı Şəhər Baş Polis İdarəsi, DİN Daxili Qoşunlarının Baş İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsinin komandaları qərarlaşıblar.

Şəxsi birinciliklərdə isə Bakı şəhər BPİ-nin əməkdaşları Abbas Tunc (65 kiloqram), Ənvər Nəhmətov (70 kiloqram), Həsən Əliyev (85 kiloqram), Samir İmanov (+90 kiloqram),DQBİ-nin hərbi qulluqçularından Elçin Səmədov(75 kiloqram,) Ramin Orucov (80 kiloqram), Müşviq Hüseynov (90 kiloqram)yarışın baş mükafatını qazanaraq çempion olublar.

Yarışları polis polkovnik-leytenantı Elnur Həsənov, polis kapitanı Əlişan Tunc,əməkdar məşqçilər Hikmət Hacıyev və Rəsul Məmmədov idarə ediblər.

Mükafatlandırma mərasimində çıxış edənİdmanın təşkili bölməsinin rəisi,polis polkovnik-leytenantı Mülayim Xıdırov DİN-in əlbəyaxa döyüş üzrə yığma komandasının hər il hüquq-mühafizə orqanları arasında keçirilən beynəlxalq yarışlarda ciddi uğurlar qazandığını diqqətə çatdırıb.

Yarışın məqsədinin həm də ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək komandanın heyətini müəyyənləşdirmək xarakteri daşıdığını deyən bölmə rəisi cinayətkarlıqla mübarizədə silahsız özünü müdafiə və əlbəyaxa döyüş fənlərini bilməyin əhəmiyyətini diqqətə çatdrıb.

Sonda qaliblərə medallar, diplomlar vəqiymətli hədiyyələr təqdim olunub.

İdmançı polislər ustalıq nümayiş etdirdilər/


İdmançı polislər ustalıq nümayiş etdirdilər/


İdmançı polislər ustalıq nümayiş etdirdilər/


İdmançı polislər ustalıq nümayiş etdirdilər/


İdmançı polislər ustalıq nümayiş etdirdilər/


Zeyni Hüseynov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 203